Yalançı jurnalist üzə çıxdı

ABŞ-da tanınmış telejurnalist yalan danışdığını etiraf edib.

ANS PRESS-in məlumatına görə, hadisəylə bağlı televizya aparıcısı Brayn Vilyams müvəqqəti olaraq vəzifəsindən kənarlaşdırılıb.

NBC telekanalı isə tanınmış xəbər aparıcının işinin yoxlanması məqsədilə daxili araşdırmaya başladığını elan edib.

Brayn Vilyams etiraf edib ki, İraqa hərbi müdaxilə zamanı onun uçduğu helikopterin raketlə vurulması barədə əhvalatı uydurub. Bu təhrifə görə Brayn Vilyams televiziya tamaşaçılarından üzr istəyib.

Bundan əlavə, Nyu Orleans şəhərinin dövlət tibb təşkilatının rəsmisi də Vilyamsın yalan danışdığını deyib.

Tibb təşkilatından deyirlər ki, aparıcı Katrina qasığrğasından sonra efirə getmiş reportajında yalandan güya dizenteriya xəstəliyinə tutulduğunu bildirib.

Qeyd edək ki, Vilyams NBC telekanılının “prime-time” xəbər buraxılışlarının əsas aparıcısı olub. …read more

From:: ANS