İŞİD niyə narıncı geyindirir?

ABŞ konqresində bu ölkənin Kubada olan “Quantanamo” həbsxanası yenidən müzakirə mövzusu olub. ANS PRESS-in məlumatına görə, ölkə rəsmiləri çıxışlarında İŞİD terrorçularının edam məhkumlartına təsadüfən narıncı kombinizon geyindirmədiyini, “Quantanamo” həbsxanasının onlar üçün ilham mənbəyi olduğunu bildiriblər.

Senatın Silahlı Qüvvələr komitəsində çıxış edən Müdafiə Nazirliyinin müşaviri Brayan MakKeon, son günlər baş verənlərin “Quantanamo” həbsxanasının dünyanın ən qəddar terrorçularına ilham mənbəyi olduğunun sübutu olduğunu bildirib.

Seçildiyi gündən bəri “Quantanamo” həbsxanasının Amerikanın imicinə ziyan vurduğunu, müttəfiq ölkələrlə münasibətlərdə çətinliklər yaratdığını deyən prezident Obama “Quantanamo” səbəbindən terror təşkilatlarına qoşulanların çox olduğunu deyib. …read more

From:: ANS