Gənc müğənni komaya düşdü

Gənc müğənni Ramal Əsədzadənin səhhətində ciddi problem yaranıb.

Bu barədə muğənninin özü ANS PRESS-ə açıqlamasında bildirib.

Onun sözlərinə görə, artıq ölüm təhlükəsini adlayıb: “Mədəmdə olan şiddətli spazma nəticəsində komaya düşmüşdüm. Sağ olsun həkimlərimiz. Məni həyata qaytardılar. Artıq ölüm təhlükəsini atlatmışam. Müalicəm davam edir. İnşallah yaxın zamanlarda sağalıb yenidən səhnəyə qayıdacam”.

R.Əsədzadə onu da əlavə etdi ki, artıq neçə gündür ki, müğənninin dost-tanışları, həmkar yoldaşları, pərəstişkarları onun səhhətindən narahat olduqları üçün mütamadi onunla əlaqə saxlayırlar: “Göstərilən diqqətə görə hamıya təşəkkür edirəm”. …read more

From:: ANS