Bu yolda ancaq telefonu olanlar yeriyə bilər (FOTO)

Çinin cənubundakı Çunsin şəhərində telefonu əlidən yerə qoymayanlar üçün xüsusi piyada yolu istifadəyə verilib. ANS PRESS-in məlumatına görə, telefon istifadəçilərinin başqaları ilə toqquşmaması üçün yol ağ zolaqla digər yoldan ayrılıb. Digər yolda telefondan istifadə etməyin qadağan olduğunu göstərən işarə ilə yanaşı yeni yolda telefondan istifadənin mümkün olduğunu göstərən işarə çəkilib.

Bələdiyyənin bu addımı isə heç də birmənalı qarşılanmayıb. Bəziləri hesab edir ki, belə yol insanları yolda gedərkən telefondan istifadə etməyə təşviq edir.

Mətbuata açıqlama verən telefon satıcısı isə yolda yeriyərkən telefondan istifadə edənlərin bu işarələrdən xəbərdar belə olmadıqlarını, bu işarələrin mənasız olduğunu deyib.

Səhiyyə rəsmiləri isə yolda gedərkən telefondan istifadə etməyin alkoqollu maşın sürməkdən heç bir fərqi olmadığını deyir.

“Bu, alkoqollu vəziyyətdə maşın sürmək kimidir. Ətrafda baş verənlərdən xəbəriniz olmur. Telefon narkotik kimidir” – deyə həkim Toni Qrab bildirib.

…read more

From:: ANS