Çəkmə, çəkə bilməzsən. Bərkdir fələyin yayı (VİDEO)

Dünyadakı iqtisadi maraqları yönləndirən siyasi ambisiyalardır. Əslində bütün bu qiymət qalxmaları, enmələri Avropanın bir addımlığında olan Ukrayna münaqişəsi ilə dolayısı və birbaşa bağlıdır. İndi Ukrayna böhranı yeni bir mərhələyə girir. Nəhayət ki, Avropa ölkələri Rusiya ilə danışmağa məcbur oldular. Onlar da başa düşürlər ki, Rusiyanı təcrid etməklə münaqişəni həll edə bilməzlər. Bəs nə olmalıdır? Vaşinqton Moskvaya dair təcili tədbirlər görməlidir. Əks təqdirdə bütün nüfuzunu itirəcək. Bu tədbir isə yeni bir müharibənin başlanğıcı da ola bilər. Qərb və Avropa liderləri Rusiya ilə bağlı öz siyasət baxışlarını təkrar gözdən keçirməyə necə deyərlər artıq məcbur olublar.

Heç vaxt deməyin ki, heç vaxt. Angela Merkel və Fransua Olland Ukrayna böhranı ilə bağlı Rusiya ilə danışmayacaqlarını söyləyirdilər. Amma baxın Avropa öz uğursuzluğunu həll etmək üçün indi Rusiyanın da məsələhətinə qulaq asmaq məcburiyyətindədir. Hələlik Putin, Merkel və Olland danışıqların detalların xırdalığı açıqlanmır.

Nəticənin olmayacağını isə Angela Merkel elə səfər üstündə söyləmişdi. Onun ümidsizliyinə səbəb ötən ilin noyabrında Avstraliyada Vladimir Putinlə keçirdiyi təkbətək görüş olub. Analitiklər hesab edirlər ki, Merkel Putinin əslində nə istədiyini öyrənməyə can atsa da, KQB şinelindən çıxan Putini oxuya bilməyib.

Ukrayna münaqişəsinin acı bağırsaq kimi uzanmasını Qərbin böyük uğursuzluğu kimi də qiymətləndirənlər var. Məsələn, Böyük Britaniyanın “Financial Times” qəzeti idda edir ki, Qərb Ukraynanın müdafiəsi üçün hərbi qüvvə tətbiq etməyə, hətta Ukraynanı silahlandırmağa hazırlıqlı olmayıb.

Belə çıxır ki, Ukraynadakı münaqişənin həlli tez başa gəlməyəcək. Ukraynadakı böhran onu göstərir ki, Qərb Rusiyanın fundamental maraqlarını müdafiə edərkən, Rusiya prezidenti Vladimir Putinin nə qədər uzağa gedə biləcəyini layiqincə qiymətləndirməyib. Vəziyyətin indiki həddə gəlməsi, ən çox, Qərb liderlərinin səhvinin nəticəsi kimi görənlər də az deyil.

İlk növbədə ABŞ Rusiyanının strateji əhəmiyyətini, nüvə arsenalı, ərazinin böyüklüyünü, təbii resursların həcmini və dünyanın bir çox bölgələrində aranı qarışdıra bilmək potensialını nəzərə almalı idi. Buna görə də onlar NATO-nu gücləndirirlər.

Birləşmiş Ştatların “Vashington Post” qəzeti isə yazır ki, əgər ABŞ və NATO Ukraynaya lazımi yardımı …read more

From:: ANS