İordaniya İŞİD-ə “cəhənnəm” yaşadıb

İŞİD-in keçən həftə pilotun yandırılmasını göstərən videosunu yaymasından bəri, İordaniya hərbi hava donanması yaraqlıların hədəflərinə qarşı 56 hava hücumu həyata keçirib.

ANS PRESS-in məlumatına görə, bu barədə açıqlamanı İordaniya ordusunun generalı Mənsur Əl-Cabur yayıb.

O, hərbi hava qüvvələrinin, öldürülən pilot Muaz Əl-Kasabenin qisasını aldığını deyib. Caburun sözlərinə görə, qırıcı təyyarələr İŞİD-in təlim düşərgələrini, silah anbarını və yanacaq depolarını vurub.

Cabur keçən ilin sentyabr ayında İordaniyanın ABŞ-ın başçılıq etdiyi koalisiyaya qoşulmasından bəri 7 mindən çox İŞİD yaraqlısının öldürüldüyünü bildirib.

Qeyd edək ki, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) İordaniyanın hava hücumlarına kömək məqsədilə dünən F16 qırıcı təyyarələri squadronu göndərib. Bu məlumatı dövlət xəbər agentliyi olan WAM yayıb.

İordaniya və BƏƏ İraq və Suriya ərazisində zəbt edilmiş əraziləri hədəf alan ABŞ başçılıq etdiyi etdiyi hava hücumu koalisiyasına daxildir. Koalisiya qüvvələrinin hücumları bu gün davam etsə də, İŞİD tərəfindən əsir götürülən amerikalı humanitar yardım işçisinin taleyi hələ də məlum deyil. …read more

From:: ANS