Prezident: Bizə silah verin (VİDEO)

Poroşenko beynəlxalq ictimaiyyəti Ukraynanı silahlandırmağa çağırıb.

ANS TV-nin məlumatına görə, Münhen Təhlükəsizlik Konfransında kifayət qədər emosional nitqlə çıxış edən Ukrayna prezidenti Pyotr Poroşenko, bir daha beynəlxalq ictimaiyyətə səslənərək, müdafiə məqsədilə Ukraynanı silahlandırmağa dair çağırışlar edib. Rusiyanın Ukrayna münaqişəsinə müdaxiləsini sübut etmək məqsədilə, özüylə Almaniyaya əyani-dəlil gətirmiş Poroşenko, auditoriyaya Rusiyalı əsgərlərə aid olduğu iddia olunan pasportları və vəsiqələri göstərib.

Poroşenkonun dediyinə görə, onlar Ukrayna ərazisində tapılıb. Ukraynalı liderin dediyinə görə, ordunun ələ keçirdiyi rus hərbçiləri sadəcə yollarını azdıqlarını və Ukraynaya təsadüfən daxil olduqlarına əmin edir.

“Ölkəmdə xarici hərbi avadanlığın, muzdluların, Rusiyaya aid hərbi təlimatçıların, tankların və qoşunların olması faktını dünya ictimaiyyətinin tanıması üçün nə qədər dəlil göstərmək olar. Bura özümlə, ölkəmizə daxil olmuş Rusiyalı əsgər və zabitlərin pasportlarını və hərbi biletlərini gətirmişəm. Bu hərbi təcavüz və Rusiya qoşunlarının (münaqişədə) iştirakına dair ən tutarlı sübutlardır. Dırnaqarası yolunu azmış rus əsgər və zabitləri haqqında dünyanı məlumatlandırmaq üçün xeyli sayda mətbuat konfransı keçiririk”, – deyə Pyotr Poroşenko fikirini açıqlayıb.

Poroşenko əmin edib ki, ölkəsi təxirəsalınmaz və hərtərəfli atəşkəsə hazırdır, ancaq atəşkəsə doğru Rusiyanın “addım atmaq” vaxtı çoxdan çatıb.

…read more

From:: ANS