Razılıq verildi: Ukrayna bölünür

Ukrayna tərəfi ölkənin şərqinə xüsusi status verilməsi ilə bağlı təklifi qəbul edib.

ANS PRESS-in məlumatına görə, bu açıqlamanı Fransa xarici işlər naziri Loran Fabius verib.

Nazir bu barədə Münhendə keçirilən təhlükəsizlik üzrə konfransda çıxış edib.

“Biz ukraynalı dostlarımızla bu barədə müzakirələr apardıq. Onlar ölkənin şərqinə xüsusi status verilməsi ilə bağlı təkliflə razılaşıblar”, – deyə Fabius bildirib.

Qeyd edək ki, bu gün Pyotr Poroşenko da bununla bağlı açıqlama verib. Poroşenko bildirib ki, o atəşkəsin dayandırılmasına və ölkənin federallaşdırılmasına hər an əmr verə bilər. …read more

From:: ANS