Əliyev ermənini yerində oturtdu (FOTO)

Fevralın 7-də 51-ci Münxen Təhlükəsizlik Konfransı çərçivəsində “Ukraynadan əlavə – Avropada həll olunmamış münaqişələr” mövzusunda panel müzakirəsi keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva tədbirdə iştirak ediblər.

Sloveniyanın Prezidenti Borut Pahorun sədrliyi ilə keçirilən paneldə dövlətimizin başçısı çıxış edib və sualları cavablandırıb.

Prezident Borut Panor: Cənab Prezident, Sizin fikrinizcə Avropa İttifaqının genişlənməsi imkanlarının çatışmazlığı məsələsi problemin mövcud olduğu regionda çətinliklər yaradırmı?

Prezident İlham Əliyev: Bizə, yəni Ermənistan-Azərbaycan münaqişəsinə gəldikdə, bu, hesab edirəm ki, əsas məsələ deyil. Çünki bizim Avropa İttifaqına istənilən inteqrasiya ilə bağlı perspektivlərimiz aydındır.

Prezident Borut Panor: Bəs NATO?

Prezident İlham Əliyev: NATO-ya gəldikdə düşünürəm ki, bu, əsasən həmin təşkilatın gündəliyində duran məsələlərdən asılı olacaq. Azərbaycan kimi ölkə və beynəlxalq təşkilatlar arasında münasibətlərdə təşəbbüs həmişə beynəlxalq təşkilatdan gəlir. Bu vaxta qədər NATO ilə Azərbaycan, Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlığın səviyyəsi hər iki tərəf üçün qənaətbəxş olub. Nə NATO-nun, nə də Avropa İttifaqının danışıqlar prosesinə birbaşa müdaxilə etmək niyyəti yoxdur. Bu iki təşkilatın rəsmiləri həmin faktı dəfələrlə qeyd ediblər. Buna görə də biz əslində, öz resurslarımıza güvənirik. 21 il bundan əvvəl atəşkəs rejimi elan olunanda Azərbaycanın əsas hədəfi dövlət və güclü iqtisadiyyat qurmaq, özümüzə güvənmək idi. Həmin vaxt bizim hələ də ümidimiz var idi ki, beynəlxalq ictimaiyyət ədaləti bərpa etmək üçün nə isə bir iş görəcək. Başlanğıcda bizim çoxlu ümidlərimiz var idi. Bayaq qeyd etdiyim kimi, BMT Təhlükəsizlik Şurasının, Avropa Parlamentinin, Avropa Şurası Parlament Assambleyasının qəbul etdiyi qətnamələr və digər beynəlxalq təsisatlar həmişə bizim mövqeyimizi dəstəkləyiblər. Lakin zaman keçdikcə biz gördük ki, bu qətnamələr sadəcə kağız üzərində qalır və bunlar sadəcə bəyanatlardır, səfərlərdir, fəaliyyətlərdir, lakin heç bir nəticə yoxdur. Sonra biz başa düşdük ki, dövlətimizin taleyi bizim öz əlimizdədir.

Prezident Borut Panor: Etimadı bərpa etmək üçün ilk növbədə hansı addım atılmalıdır?

Prezident İlham Əliyev: Hesab edirəm ki, bu, çox sadədir. İlk addım işğal olunmuş ərazilərin bir hissəsinin Ermənistan tərəfindən geri qaytarılmasına başlanılmasıdır. Dağlıq …read more

From:: ANS