Səməndər Rzayevin 70 illiyi qeyd olunacaq

Fevralın 11-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında görkəmli teatr və kino aktyoru, əməkdar artist Səməndər Rzayevin anadan olmasının 70 illiyi qeyd olunacaq.

Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təşkil olunacaq tədbirdə sənətkarın ömür yolundan, yaradıcılığından, Azərbaycan teatr sənətinə bəxş etdiyi dəyərli töhfələrdən söz açılacaq.

Qeyd edək ki, yaradıcılıq fəaliyyətinə Akademik Milli Dram Teatrında başlayan S.Rzayev burada yaddaqalan obrazlar yaradıb. Səməndər Rzayev teatr fəaliyyəti ilə yanaşı “Evləri köndələn yar” televiziya tamaşasında, “Babamın babasının babası”, “Od içində”, “Babək”, “Bəyin oğurlanması” və başqa bədii filmlərdə çəkilib. …read more

From:: ANS