12 nəfər müəmmalı şəkildə yoxa çıxıb

Meksikanın Kokula şəhərinin yaxınlığında 12 nəfər yoxa çıxıb.

ANS PRESS-in məlumatına görə, oğurlanan şəxslərin hamısı avtomobildə yol gedərkən yolda onlara qəfil hücum olub və o vaxtdan etibarən həmin şəxslərdən heç bir xəbər yoxdur.

Rəsmi nümayəndələr də hadisə ilə bağlı hələlik heç bir münasibət bildirmirlər.

“Media Luna” şaxtasının işçisi Xuan Suniqi adlı şəxsin sözlərinə görə, itən şəxslər də eyni şaxtanın işçiləri olublar. Lakin şaxtanın məxsus olduğu “Torex Gold Resources” şirkətindən bildirilib ki, onlardan yalnız biri həmin şaxtanın işçisi olub.

Qeyd edək ki, Meksika prokurorluğunun məlumatına əsasən, daha əvvəl də məhz həmin ərazidə oğurlanan 43 tələbənin cəsədləri yandırılmışdı. Yandırılmadan sonrakı qalıqlar isə San-Xua çayına atılmışdı. …read more

From:: ANS