Putinin qaz qambiti

Vladimir Putinin Ankaraya səfəri çərçivəsində Rusiya və Türkiyə prezidentlərinin keçirdiyi birgə mətbuat konfransında önəmli açıqlamalar verilib.

ANS PRESS-in məlumatına görə, Vladimir Putin verdiyi açıqlamada bildirib ki, Türkiyəyə satılan qazın qiyməti gələn ilin yanvarın 1-dən 6 faiz ucuzlaşdıracaq.

Türkiyənin enerji ehtiyaclarının qarşılanması üçün “Mavi Axın Boru Xətti”nin tutumunun artırılması mövzusunda razılaşma əldə edilidiyini bildirən Putin Türkiyənin tələbi ilə 3 milyard kubmetr əlavə qaz satacaqlarını deyib.

Türkiyədə tikiləcək atom elektrik stansiyasının tikintisi ilə bağlı maliyyə və ya zaman məsələrində problem olmadığını deyən Putin layihənin təhlükəsizliyini təmin etmək üçün “Fukuşima”dan sonra tətbiq olunan texnologiyalardan istifadə olunacağını söyləyib: “Ona görə təhlükəsizlik məsələsində şübhəniz olmasın”. …read more

From:: ANS