Dini dövlət heç vaxt olmayacaq

Azərbaycan Respublikası Prezidenti Administrasiyanın ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov “Forum Daily” amerikan-yəhudi qəzetinin suallarına məmnuniyyətlə cavab verib. Bakının yüksək vəzifəli rəsmisi öz müsahibəsində Azərbaycanın sivilizasiyalararası dialoq sahəsində təcrübəsi və nailiyyətləri haqda, habelə Azərbaycan ilə İsrail arasında əməkdaşlıq mövzusu barədə fikirlərini söyləyib.

ANS PRESS müsahibəni təqdim edir.

– Azərbaycanın yerləşdiyi regionda mürəkkəb geosiyasi vəziyyət müşahidə olunur: qeyri-sabitlik, silahlı münaqişələr, radikalizmin güclənməsi, bəzi qonşuların təcavüzkar xarici siyasəti, terror təhlükəsi və s. Sizin fikrinizcə, bu gün Azərbaycan üçün mövcud olan əsas təhdidlər hansılardır?

– Cənubi Qafqaz regionu böyük geosiyasi əhəmiyyətə və inkişaf potensialına malikdir. Bəziləri məhz Azərbaycanın təşəbbüsü ilə başlanmış enerji, nəqliyyat layihələri və digər transmilli layihələr regionun firavanlaşması üçün əlverişli zəmin yaradıb. Lakin həll edilməmiş ərazi münaqişələri – Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ, Gürcüstan-Abxaziya, Gürcüstan-Cənubi Osetiya, Rusiya-Ukrayna münaqişələri və digərləri sabitliyin pozulmasına şərait yaradır və onlar regional təhlükəsizlik üçün bilavasitə təhdid mənbəyidir. Məsələn, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində Azərbaycan ərazisinin 20 faizi qonşu Ermənistan tərəfindən işğal edilib, bu təcavüz nəticəsində bir milyondan çox həmvətənimiz qaçqın və məcburi köçkün vəziyyətinə düşüb, öz yurdlarında qırğına məruz qalıb. Əminliklə bu fikirdəyəm ki, Avropada yəhudilərə qarşı dəhşətli soyqırımının – Holokostun şahidi olmuş yəhudi xalqı bizim ağrılarımızı və günahsız insanların iztirablarını – 1992-ci ildə erməni silahlı dəstələri tərəfindən Azərbaycanın Xocalı şəhərində törədilmiş soyqırımı aktının ağrı-acısını anlayır və buna ürəkağrısı ilə yanaşır. Bununla əlaqədar, İsrail Prezidenti Reuven Rivlinin bu yaxınlarda, Holokost qurbanlarının xatirəsinə həsr edilmiş Beynəlxalq Anma Günü çərçivəsində BMT Baş Məclisinin tribunasından çıxışını xüsusi qeyd etmək istərdim. Cənab Prezident həmin çıxışında XX əsrin digər faciəli hadisələri ilə yanaşı, Xocalı soyqırımını da qeyd etdi. Buna görə ona minnətdarıq.

Separatçılar tərəfindən ələ keçirilmiş, hazırda nəzarətsiz qalan ərazilər, o cümlədən Dağlıq Qarabağda və onun ətrafında “boz zonalar” deyilən ərazilər beynəlxalq terrorizmin, narkobiznesin, qanunsuz silah alverinin və başqa əməllərin geniş yayılması üçün ideal yerdir. Əlbəttə, qonşu ölkələrin də buna oxşar vəziyyətlə üzləşməsi faktını nəzərə alsaq, …read more

From:: ANS