Merkel Tiflisi məyus etdi

Almaniya kansleri Angela Merkelin Gürcüstana nəzərdə tutulmuş rəsmi səfəri təxirə salınıb.

ANS PRESS-in məlumatına görə, Merkelin Zaqafqaziya ölkəsinə 2015-ci ilin yazına planlaşdırılmış rəsmi səfəri bir qədər gec baş tutacaq.

Gürcüstanın Almaniya Federativ Respublikasındakı səlahiyyətli səfiri Lado Çanturiya bunu siyasi təhlükəsiz məsələləri ilə bağlı keçiriləcək Münhen konfransı iştirakı ilə əlaqələndirib.

“Bu səfər ona görə baş tutmayacaq ki, Almaniya yazda “Böyük yeddiliyi” qəbul edəcək” – deyə o, qeyd edib və əlavə edib ki, AFR kanslerinin Gürcüstana səfəri bu il mütləq baş tutacaq.

ТАСС agentliyi Merkelin vizitinin yay aylarına nəzərə tutulduğunu bildirir.

Qeyd edək ki, Gürcüstanın baş naziri İrakli Qaribaşvili və AFR xarişi işlər naziri Frank- Valter Ştaynmayerlə görüşündə kanslerin vizitinin 2015-ci ilin yazında baş tutacağə elan edilmişdi. …read more

From:: ANS