Samirə Yusifqızı qadın alverindən danışdı

Tanınmış qadın meyxanaçı Samirə Yusifqızı qadın alverindən danışıb.

ANS PRESS-in məlumatına görə, ANS TV-nin “Bazar səhəri” verilişinin qonağı olan sənətçi azərbaycan qadınları ilə bağlı xoşagəlməz açıqlamalar edib.

Bir müddət Ərəbistanda çalışdığını deyən müğənni, orada qarşılaşdığı bəzi məqamlardan danışıb:

“Müqavilə ilə 1 il Ərəbistanda müğənni işləmişəm. Azərbaycanlı qadınları ərəblərin yanında elə vəziyyətlərdə görürdüm ki, xəcalətdən yerə girirdim. Çox utancverici haldır. Azərbaycan qadını namusu ilə seçilməlidir, elə yox. Onları aldadıb ora aparanlar qadın alverçiləridir. Bu bizim adımıza ləkə gətirir. Belə şeylərin qarşısı alınmalıdır”- deyən Samirə xanım, bu kimi halları pislədiyini qeyd edib. …read more

From:: ANS