Peykimizin 2 illiyidir

Bu gün Azərbaycan Respublikasının ilk telekommunikasiya peyki “Azerspace-1” orbitə buraxılmasının 2 illiyini qeyd edir.

ANS PRESS-in məlumatına görə, 8 fevral 2013-cü il tarixində Azərbaycanın ilk peyki olan “Azerspace-1” telekommunikasiya peyki Fransız Qvianasında (Cənubi Amerikada, Fransanın inzibati idarəçiliyində olan ada) yerləşən Kuru kosmodromundan orbitə buraxılıb.

Peykin istehsalçısı olan ABŞ-ın “Orbital Sciences” şirkəti tərəfindən peykin texniki xüsusiyyətlərini əks etdirən sənədlərdə onun orbitdə yararlı ömrünün 15 il olduğu qeyd edilib. Lakin peykin uğurlu buraxılışı və orbitdə olduğu ötən iki il ərzində aparılan effektiv idarəetmə nəticəsində peykin proqnozlaşdırılan ömrü 16,7 ilədək artırılıb.

Peykin operatoru, Qafqazın ilk peyk operatoru olan “Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti təsis edildiyi gündən etibarən fəaliyyət göstərdiyi dövr ərzində “Azerspace-1” vasitəsilə teleradio yayım və telekommunikasiya xidmətlərinin göstərilməsi, hökumət və korporativ müştərilərin tələblərinə cavab verən yüksək etibarlı rabitə şəbəkələrinin təmin edilməsi istiqamətində fəaliyyət göstərməkdədir. Qısa fəaliyyət dövrü ərzində “Azerspace-1” peyki kifayət qədər güclü rəqiblərin olduğu peyk yayım bazarında rəqabətədavamlı xidmət göstərir. “Azerspace-1” peykinin əlverişli orbital mövqedə (46˚ Şərq uzunluğu) yerləşməsi, “Azərkosmos” ASC-nin operativliyi və müştəri məmnuniyyəti siyasəti buna zəmin yaradır. İlk peykimiz Mərkəzi Asiya, Avropa və Afrika və Yaxın Şərqdə yerləşən 50-dən artıq ölkəni birləşdirən kosmik məkanda mühüm rol oynayır.

Kommersiya fəaliyyətinə başladıqdan etibarən bu günədək peykin resurslarının 55%-i kommersiya yönümlü istifadədədir. Peyk xidmətləri bazarında hər bir peykin resurslarının satışının illər ərzində tədricən artdığını nəzərə alaraq, 1,5 illik bir dövr ərzində kommersiya fəaliyyəti göstərən “Azerspace-1” peyki üçün resursların 55%-nin satılması dünya təcrübəsinə əsasən uğurlu bir göstərici hesab edilir. Növbəti illərdə bu satış həcmi artırılacaq ki, bu da gəlirlərin illik həcminin artmasına gətirəcək. Həmçinin, dünya peyk xidmətləri bazarına daxil olduğu ilk illərdə potensial müştərilərin cəlb edilməsi və peykin yerləşdiyi orbital mövqenin tanıdılması məqsədilə “Azerspace-1” peykinin satışları rəqabətli qiymətlərlə həyata keçirilir. “Azerspace-1” bu istiqamətdə uğurla irəliləyir. 2014-cü ildə “Azərspace-1” peyki vasitəsilə Azərbaycanın bütün televiziya və …read more

From:: ANS