Natalya Poklonskaya aspiranturanı Uralda oxuyacaq

Sosial şəbəkə istifadəçilərinin sevimlisi 34 yaşlı Krım prokuroru Natalya Poklonskaya aspiranturaya daxil olmaq üçün Yekaterinburqa gəlib.

ANS PRESS-in məlumatına görə, Poklonskaya Ural Universitetində hüquq fakultəsinə daxil olmağa hazırlaşır.

Bu universitet Rusiyada hüquq üzrə aparıcı ali məktəblərdən biri hesab edilir. Xatırladaq ki, Poklonskaya ali təhsilini Daxili İşlər Nazirliyinin Xarkov milli universitetinin Krım filialında alıb.

“Yekaterinburq universiteti bizim ölkəmizdə hüquqşünaslar arasinda ən nüfuzlu hesab olunur. Keçmiş baş prokuror Yuri Skuratov və hazırkı Yuri Çayka bizdə oxuyublar”,- deyə universitet nümayəndəsi bildirib.

Hələ ki Natalya Poklonskaya ali məktəbin rəhbərliyi ilə tanış olur. Yaxın vaxtlarda o, aspiranturaya girişi rəsmiləşdirmək üçün yenidən Yekaterinburqa gələcək.

Natalya Poklonskayanın gələcək elmi işinin mövzusu sirr kimi saxlanılır. …read more

From:: ANS