Ermənistana sülh sərf eləmir

Litvada çıxan nüfuzlu “Lietuvos zinios” qəzetində və bu nəşrin saytında jurnalist Aydanas Praleykanın “Qurban verilən helikopter” sərlövhəli məqaləsi dərc olunub. Müəllif məqalədə Ermənistan silahlı qüvvələrinə məxsus Mi-24 hərbi helikopterinin Azərbaycanın işğal edilmiş ərazisində vurulması ilə bağlı vəziyyəti təhlil edib.

Baş verən hadisənin böyük əks-səda doğurmadığını qeyd edən jurnalist yazır: “Ermənistan etirazını bildirir, təhdid edirdi. Lakin sənə məxsus hərbi helikopter başqasının ərazisində, Azərbaycanın mövqelərini atəşə tutan zaman vurulanda etiraz etmək asan deyil”. Müəllif təəssüf hissi ilə qeyd edir ki, insidentin mahiyyətinə varmayan Litva Seyminin bəzi üzvləri vəziyyəti düzgün başa düşmədikləri üçün Azərbaycanı pisləyən məruzə yayıblar.

A.Praleyka əmindir ki, Azərbaycan ilə sülh Ermənistana sərfəli deyil. O yazır: “Danışıqlar masası arxasında mütləq etiraf etmək lazım gələcək ki, təcavüzkar və qəsbkar Ermənistan işğal edilmiş ərazilərdən getməlidir. Bu əraziləri de-fakto dəstəkləmək, hətta rəsmi dövlət statusunu tanımadan dəstəkləmək daha rahatdır.

Mövcud vəziyyəti qoruyub saxlamaq üçün lazımlı element daim müharibə vəziyyətində olmaqdır. Belə vəziyyəti saxlamaq və bəzən müharibə tanrılarına qurbanlar vermək lazımdır. Yəqin bu dəfə tanrılar razı qalıblar: onlara helikopter qurban verilib”. …read more

From:: ANS