Qremmi mükafatının qaliblərinin adları açıqlanacaq

Bu bazar dünyada ən nüfuzlu musiqi mükafatlarından olan “Grammy”nin 57-ci təqdimetmə mərasimi keçiriləcək.

ANS PRESS-in məlumatına görə, tədbir Los-Ancelesdəki “Stepls” idman-əyləncə mərkəzində olacaq. Təşkilatçılar bu dəfə nominasiyaların sayını 108-dən 83-ə qədər azaldıblar. Bununla belə 70 qalibin adı mərasimin başlanmasına qədər açıqlanacaq.

Nəticədə yalnız ən məşhur kateqoriyalar üzrə mükafatların təqdim edilməsi efir vasitəsilə yayımlanacaq. Ən presitijli nominasiyalar isə “İlin albomu”, “İlin mahnısı”, “Ən yaxşı yeni ifaçı” nominasiyalarıdır.

Qeyd edək ki, bu il ən çox nominasiya üzrə namizədlər Beyons, Sem Smit və Farrel Uilmsdirlər. Onların hər birinin 6 “Grammy” mükafatı almaq şansları var. Bu il tamaşaçıları maraqlı bir premyera da gözləyir. Belə ki, Tədbirdə tanınmış ifaçı Rihanna Pol Makkartni və reper Kanye Uest ilə birlikdə özünün yeni “FourFiveSeconds” adlı sinqlını da ifa edəcək. Bundan başqa, mərasimdə tanınmış rok ifaçısı Prinsin də səhnəyə çıxacağı istisna edilmir.

Xatırladaq ki, ilk dəfə “Grammy” mükafatının təqdimetmə mərasimi 1959-cu ildə Frenk Sinatranın aparıcılığı ilə keçirilib. 2004-cü ildən isə mərasim hər il Los-Ancelesdə keçirilir. …read more

From:: ANS