“Fənərbaxça” “Trabzonspor”la “sülh bağladı” (VİDEO)

Türkiyə Superliqasında XIX turun növbəti oyunları keçirilib.

ANS PRESS-in məlumatına görə, ikinci oyun günündə 3 görüş baş tutub.

Turun mərkəzi görüşü İstanbulda reallaşıb. Öz meydanında “Akhisar”ı qəbul edən “Sivasspor” rəqibinə 2:0 hesabı ilə qalib gəlib. Turun mərkəzi qarşılaşması – “Fənərbaxça” – “Trabzonspor” matçında isə qapılara qol vurulmayıb – 0:0.

Qeyd edək ki, tura fevraın 9-da keçiriləcək “Əskişəhərspor” – “Qalatasaray” oyunu ilə yekun vurulacaq.

7 fevral
Türkiyə superliqası, XIX tur:

“Fənərbaxça” – “Trabzonspor” – 0:0

“Sivasspor” – “Akhisar” – 2:0
Qollar: Çaheçouhe, 66-pen, 70 (2:0)

“Ərciyəsspor” – “Qaziantepspor” – 0:1
Qol: Çiko, 70 (0:1) …read more

From:: ANS