Soyğunçular özlərini 5-ci mərtəbədən belə atdı (VİDEO)

Türkiyədə ələ keçəcəyindən qorxan iki soyğunçu daxil olduqları mənzilin binasından özlərini atıblar.

ANS PRESS-in məlumatına görə, İstanbulun Şişli rayonu İnönü məhəlləsində ötən gün sabah saatlarında 6 mərtəbəli binanın 5-ci mərtəbəsində yerləşən mənzilə iki soyğunçu daxil olub.

Ev sahibəsi evdə olmadığı üçün oğrular qapının kilidini sındıraraq içəri girib qiymətli əşyaları götürməyə başlayıblar. Lakin aşağı mərtəbədə yaşayan ev sahibəsinin oğlu yuxarıda səslərin gəldiyini eşitdikdə yuxarı qalxıb və qapı kilidinin sındırıldığını görüb məsələni başa düşüb. Dərhal aşağıya qaçaraq binanın giriş qapısını bağlayıb və polisə məlumat verib.

Soyğunçular yaxalanacaqlarından qorxaraq özlərini binanın 5-ci mərtəbəsindən atıblar. Lakin onların qaçmaq cəhdi uğurlu alınmayıb. Belə ki, oğrular yerə düşərkən ayaqlarını sındırıblar. Hadisə anbaan binanın təhlükəsizlik kamerasına düşüb.

Əraziyə gələn polis qrupu bəxti gətirməyən oğruları yaxalayıb.

Faktla bağlı cinayət işi açılıb.

…read more

From:: ANS