Ebola 9 min adamı məhv etdi

“Ebola” virusundan ölənlərin sayı 9 mini ötüb.

ANS PRESS-in məlumatına görə, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) cümə günü son yaydığı açıqlamada, ölümcül virusa yoluxaraq ölənlərin sayının 9004 nəfər olduğu bildirilib.

Eyni zamanda, bu virusa yoluxanların sayı da artaraq 22 525 insan təşkil edib.

Statistikaya üç Qərbi Afrika ölkəsi – Qvineya, Liberiya və Syerra Leone daxildir. Ebola virusunun yaratdığı epidemiya nəticəsində Liberiyada 3746 nəfər ölüb, 8745 nəfər isə yoluxub. Serra-Leonedə ölənlərin sayı bir qədər az – 3301 nəfər olsa da, yoluxanların sayı digər ölkələrdən çox – 10 792 nəfərdir. Qvineyada isə həlak olanların sayı 1957 nəfər, yoluxanların sayı 2988 nəfərdir.

Qeyd edək ki, ölüm hallarının əksəriyyəti sadalanan ölkələrdə olsa da, digər ölkələrdə də rast gəlinib. Bunlardan Malini, Nigeriyanı, Seneqalı, İspaniyanı, Böyük Britaniyanı və ABŞ-ı misal göstərmək olar. …read more

From:: ANS