Qalmaqallı erotik film etiraz doğurdu (VİDEO)

Adı ən varlı yazıçılar siyahasınnda olan E.L.Ceymsin bestsellərə çevrilmiş “Bozun əlli çaları” əsəri əsasında çəkilən film etirazlara səbəb olub.

ANS PRESS-in məlumatına görə, dünyanın 52 dilinə çevrilib 100 milyon nüsxəsi satılmış “Bozun 50 çaları” kitabı əsasında çəkilən film barədə söz-söhbətlər səngimək bilmir.

Filmi etraz edən fəalların fikrincə, buradakı görüntülər insanlarda zorakılığa meyili artırır. Bu səbəblə də “50 çalar 50 dollar deyil” adlı kampaniya başladılıb.

Pornoqrafiyaya qarşı mübarizə aparan qruplar filmin yaradıcı heyətini mekodramatik sevgi pərdəsi altında seksual zorakılığı adi bir şey kimi təqdim etməkdə, əslində təbliğ etməkdə günahlandırıb.

Xatırladaq ki, 2011-ci ildə nəşr olunan və 70 milyon satılaraq bestsellerə çevrilən “Bozun əlli çaları” adlı kitabda universitet tələbəsi Anastasya Stil ilə iş adamı Kristian Qrey arasındaki əlaqədən bəhs edilir.

Filmin fevralın 14-də ekranlara çıxacağı gözlənilir.

…read more

From:: ANS