“Borussiya” nəhayət qalib gəldi (VİDEO)

Almaniya bundesliqasında 20-ci turun növbəti oyunları keçirilib.

ANS PRESS-in məlumatına görə, ikinci matç günündə 6 qarşılaşma baş tutub.

İki turdur qələbəyə həsrət qalan lider “Bavariya” səfərdə autsayder “Ştutqart”ın qonağı olub. Matç münhenlilərin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Bu mövsüm ölkə çempionatında uğursuz çıxışlar edən “Borussiya” isə “Frayburq”la üz-üzə gəlib. Yurgen Klopun yetirmələri beş matçdan sonra meydanı qalib tərk edib – 3:0. Bu qələbə ilə onlar sonuncu pillədən 16-cı yerə yüksəlib.

Qeyd edək ki, tura bu gün keçiriləcək iki oyunla yekun vurulacaq.

7 fevral
Almaniya bundesliqası, 20-ci tur:

“Frayburq” – “Borussiya” (Dortmund) – 0:3
Qollar: Roys, 9 (0:1), Aubameyanq, 56 (0:2), 72 (0:3)

“Köln” – “Paderborn” – 0:0

“Maynz” – “Herta” – 0:2
Qollar: Heqeler, 35-pen (0:1), Beerens, 43 (0:2)

“Ştutqart” – “Bavariya” – 0:2
Qollar: Robben, 41 (0:1), Alaba, 50 (0:2)

“Volfsburq” – “Hoffenhaym” 3:0
Qollar: Dost, 3 (1:2), de Bruyne, 28 (2:0), 84 (3:0)

“Hamburq” – “Hannover” – 2:1
Qollar: Marselo, 26-avtoqol (1:0), Yansen, 41 (2:0), Artur Sobex, (2:1) …read more

From:: ANS