Mahir oynadı, Cavid heyətə düşmədi

Türkiyənin PTT 1-ci liqasında XIX turun oyunları keçirilir. ANS PRESS-in məlumatına görə, Mahir Şükürovun çıхış etdiyi “Karşıyaka” Cavid İmamverdiyevin forma geyindiyi “Elazığspor”u qəbul edib.

Oyun “Karşıyaka”nın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Mahir Şükürov start heyətində yer alıb və 90 dəqiqə oynayıb. Cavid İmamverdiyevin adı isə “18-liy”ə salınmayıb.

Qeyd edək ki, “Karşıyaka” 19 turdan sonra 29 хalla turnir cədvəlinin 5-ci, “Elazığspor” 23 хalla 11-ci pilləsində qərarlaşıb. …read more

From:: ANS