Ukraynanın “son şansı” bəllidir

Fransa prezidenti Fransua Ollandın və Almaniya kansleri Angela Merkelin Ukraynanın cənub-şərqində vəziyyətin nizama salması barədə sülh planı bəlli olub.

ANS PRESS-in məlumatına görə, tərəflər 50-dən 70 kilometrə qədər silahsızlaşdırılmış zonanın yaradılmasını nəzərdə tutur.

“France 2” telekanalının efirində çıxış etmiş Fransa prezidentinə istinadən “Press Association” agentliyi belə informasiya yayıb.

Olland həmçinin Ukraynanın cənub-şərq regionları üçün “kifayət qədər geniş” muxtariyyətə çağırış edib.
“Bu insanlar vuruşurdular. Onları adi həyat aparmağa məcbur etmək mürəkkəb olacaq”, – deyə Fransa prezidenti qeyd edib.

Daha əvvəl Olland qeyd etmişdi ki, əgər Ukraynanın şərqində münaqişənin sülh yolu ilə nizamlanması üzrə danışıqlara nail olunmasa, onda Donetski müharibə gözləyir.

Bu arada Rusiya prezidenti Vladimir Putin, Fransa prezidenti Fransua Olland və Almaniya kansleri Angela Merkel cümə günü keçirilən danışıqları “konstruktiv” adlandırıblar. …read more

From:: ANS