“Twitter” 578 milyon zərər verdi

2014-cü ilin nəticəsinə əsasən, “Twitter” mikrobloqlar xidmətinin xalis zərəri 578 milyon dollar təşkil edib.

ANS PRESS-in məlumatına görə, “Twitter”in mədaxili 2013-cü ilin göstəricisi ilə müqayisədə 2 dəfə artaraq 1.4 milyard dollara çatıb. Bu barədə “ICTnews” elektron xəbər xidməti bildirir.

Həmçinin bildirilib ki, son rübün nəticəsinə görə, aktiv istifadəçilərin aylıq auditoriyası 20 faiz artaraq 288 milyona çatıb.

“Twitter” 2015-ci ildə 2,3-2,35 milyard dollar səviyyəsində mədaxil proqnozlaşdırır.

“Twitter” sosial şəbəkəsi qısa mesajlarla mübadilə üçün mikrobloqlar xidmətidir. Şirkət 2006-cı ildə yaradılıb, xidmətin aktiv istifadəçilərinin aylıq auditoriyası 255 milyon nəfərdir. Şirkətin kapitallaşması 24,88 milyard dollar təşkil edir. …read more

From:: ANS