Erməni qadına 44 bıçaq zərbəsi vuruldu (FOTO)

İrəvanda dəhşətli cinayət hadisəsi baş verib.

ANS PRESS-in məlumatına görə, İrəvanda naməlum şəxslər xüsusi qəddarlıqla 56 yaşlı Anait Zakevosyanı öldürüblər. Erməni qadına 44 bıçaq zərbəsi vurulub.

Cinayət hadisəsi axşam saatlarında baş verib. Naməlum şəxslər qadına 44 bıçaq zərbəsi vurduqdan sonra hadisə yerindən qaçıblar. Qadının hansı səbəbdən öldürüldüyü məlum deyil.

Ölən erməni qadının meyitini mağazadan evə qayıdan həyat yoldaşı aşkar edib.

Faktla bağlı erməni polisi araşdırma aparır .

…read more

From:: ANS