Bakıda polis əməliyyat keçirdi (FOTO)

Bakı Şəhər Baş Polis İdarəsinin Narkotiklərlə Mübarizə İdarəsi əməliyyat keçirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, əməliyyat-axtarış tədbirləri nəticəsində paytaxt sakini, əvvəllər məhkum olunmuş Ələşrəf Sultanovdan 196,78 qram tiryək, habelə onun idarə etdiyi “VAZ-2107” markalı avtomobilə baxış zamanı 844,906 qram tiryək və 3 kiloqram 70 qram marixuana aşkar edilərək götürülüb.

Yasamal Rayon Polis İdarəsinin 26-cı bölməsinin əməkdaşları isə paytaxt sakini Sahibə Nəzərovadan 6,115 qram tiryək və 2,273 qram heroin, evinə baxış zamanı isə əlavə olaraq 440 qram tiryək aşkar ediblər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə bildiriblər ki, hər iki faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

…read more

From:: ANS