London derbisində 3 qol (VİDEO)

İngiltərə Premyer Liqasında XXIV tura start verilib. ANS PRESS-in məlumatına görə, tur London derbisi ilə başlayıb.

Paytaхtın iki komandası – “Tottenhem” və “Arsenal” “Vite Hart Lane” stadionunda qarşılaşıb. Hesabı 11-ci dəqiqədə qonaq komandadan Məsut Özil açıb. 56-cı dəqiqədə Harri Kane bərabərliyi təmin edib. 86cı dəqiqədə isə Nabil Bentaleb “Tottenhem”in qələbə qolunu vurub.

Qeyd edək ki, “Tottenhem” 24 turdan sonra 43 хalla turnir cədvəlinin 4-cü, “Arsenal” 42-ci dəqiqədə 6-cı pilləsində qərarlaşıb.

…read more

From:: ANS