Mübariz İbrahimov anıldı (VİDEO)

Milli Qəhrəman Mübariz İbrahimovun 27-ci doğum günü Naftalan şəhərində qeyd edilib.

ANS TV-nin məlumatına görə, tədbirdə Müdafiə Nazirliyinin əməkdaşları, Milli Qəhrəmanın adını daşıyan postda xidmət keçən əsgərlər və rayon ictimayəti iştirak edib.

Çıxış edənlər Mübariz İbrahimovun rəşadətli döyüş yolunu bir daha tədbir iştirakçilarının diqqətinə çatdrıb. Məktəblilər Milli Qəhramana həsr olunmuş səhnəciklərlə çıxış ediblər.

Tədbirin sonunda Mübariz İbrahimova həsr edilmiş sənədli film nümayiş etdirlib. Daha sonra tədbir bölgədəki N saylı hərbi hissələrdən birində davam etdirilib.

…read more

From:: ANS