“Fənərbaxça” yenidən zirvədə (VİDEO)

Türkiyə superliqasının son turunda səfərdə “Bursaspor”un qonağı olan “Fənərbaxça” sülh bağlayıb.

ANS PRESS-in məlumatına görə, son oyun günündə daha iki qarşılaşma baş tutub.

Səfərdə “Balıkesirspor”un qonağı olan “Sivasspor” rəqibinə 3:1 hesabı ilə qalib gəlib.

Tur “Bursaspor” – “Fənərbaxça” oyunu ilə başa çatıb. Azarkeşlər bu oyunda 2 qola şahidlik edib: Hərəyə 1 top vuran komandalar meydandan sülhlə ayrılıb – 1:1.

24 noyabr,
Türkiyə superliqası, 10-cu tur:

“Balıkesirspor” – “Sivasspor” – 1:3
Qollar: B.Karadeniz, 25 (0:1), Varqas, 53 (1:1), Çaheçouhe, 70 (1:2), Araş, 86 (1:3)

“Bursaspor” – “Fənərbaxça” – 1:1
Qollar: V.Şən, 3 (1:0), Kuyt, 66 (1:1)

…read more

From:: ANS