753 nəfər evakuasiya edildi

Ukraynanın Donbass regionunda ukraynalı hərbçilərin mövqelərinin və yaşayış məntəqələrinin Rusiya-yönümlü qüvvələr tərəfindən atəşə tutulması ötən gecə də davam edib.

ANS PRESS xəbər verir ki, bu məlumatı Ukrayna ordusunun ölkənin şərqindəki xüsusi əməliyyat qərargahının mətbuat xidməti yayıb. Ötən gecə ərzində Rusiya-yönümlü qüvvələr tərəfindən 29 artilleriya atəşi qeydə alınıb. Mətbuat xidmətinin məlumatına görə, ən gərgin vəziyyət hələ də Debaltseva rayonundadır, lakin Luqansk, Donetsk və Mariupol istiqamətlərində də atışmalar olub.

Debaltseva rayonunda dünən müvəqqəti atəşkəs rejimi tətbiq edilmiş və tərəflər humanitar dəhlizin açılmasından dinc sakinlərin evakuasiyası üçün istifadə etmişdilər. Ukrayna Fövqəladə Vəziyyət Xidməti dünən Debaltseva və ona qonşu yaşayış məntəqələrindən 753 nəfərin evakuasiya edildiyini açıqlayıb. …read more

From:: ANS