Müğənninin 1 yaşlı qızında şiş aşkalandı

Tanınmış türk müğənnisi Demet Akalın uzun müddətdir mediyadan gizlətdiyi qızından danışıb. ANS PRESS-in məlumatına görə, bir necə gün öncə müğənni qızı Hiranın bir yaşını qeyd edib.

O, qızının ad günündən bol-bol foto paylaşsa da, Hiranın şəkli onların arasında olmayıb. Ancaq fotolardan birində səbəbkarın qolu görünüb.

Akalın 1 yaşlı qızının fotosunu nə üçün paylaşmadığını açıqlayıb. O, İnstagram səhifəsində onu tənqid edən izləyicilərindən birinə cavab verib.

Müğənni Hiranın bədənində xoşxassəli şiş aşkarlandığını, bunun üçün onun fotolarını paylaşmadığını yazıb. O, qızında aşkarlanan şişlə bağlı ağır günlər keçirdiyini deyib.

“Bu qədər gündəmdə olan insanam. Sirli olmaq üçün heç bir əsasım yoxdur. Qızımın şəkillərini bir necə ay paylaşdıq. Lakin onda xoşxassəsli şiş aşkarlandı. Biz də bunu nəzərə əlaqələndirdik. Nələr çəkdiyimi bir mən bilirəm”. …read more

From:: ANS