Anasının “qarğışı” ilə Kəbə imamı oldu (VİDEO)

Müsəlmanların qibləgahı olan Məscidi Həramın imamlarından biri olan Əbdürrəhman əs Sudeys müqəddəs vəzifəsi barədə danışanda, “mən anamın qarğışıyam” – deyirmiş.

ANS PRESS-in məlumatına görə, bu vəzifəsinə 1984-ci ildə başlayan əs Sudeys uşaq olduğu zamanlarda anasının ona məhz belə qarğadığını deyib:

“Mən anamın qarğışıyam. Uşaq vaxtlarımda dəcəlılik etdiyim zaman, anamı hirsləndirdiyim zaman mənə, səni Kəbəyə imam olasan – deyə “qarğıyırdı”” – deyə Kəbənin imamı bildirib.

Anasının övladı üçün bu cür xoşməramlı duası illər sonra qəbul olunur və Əbdürrəhman əs Sudeys 22 yaşında Kəbəyə imam olur.

…read more

From:: ANS