Merkelə və Olanda dəstək vermək vacibdir

Almaniyanın Münhen şəhərində 51-ci təhlükəsizlik konfransı öz işinə başlayıb.

Konfransda Ukraynada davam edən münaqişə, Yaxın Şərqdəki vəziyyət və İŞİD qruplaşmasına qarşı mübarizə tədbirləri əsas gündəm təşkil edir.

Konfransda iştirak edən NATO-nun baş katibi Yens Stoltenberq Ukraynada vəziyyətin kritik olduğunu bildirib. Stoltenberq qeyd edib ki, beynəlxalq ictimaiyyət hazırda bu məsələnin həllinə daha çox diqqət ayırmalıdır.

“Təmas xəttində atışmalarla müşahidə olunan zorakılıqlar, atəşkəsin kobud şəkildə pozulması ciddi fəsadlar doğurur. Ona görə, Angela Merkel və Fransua Olandın münaqişənin həlli məqsədi ilə göstərdiyi təşəbbüslərinə dəstək olmaq vacibdir. Əvvəlki təcrübələrimizə əsasən deyə bilərəm ki, atəşkəsin qorunması üçün effektiv monitorinq sistemi qurulmalıdır. Sülh danışıqlarının başlaması üçün isə, atəşkəsin əldə olunması vacib şərtdir”.

Rusiyanın təcavüzkar siyasəti NATO qüvvələrini Baltik ölkələrində də mövqelərini gücləndirməyə vadar edib. Stoltenberq Baltik regionuna əlavə hərbi qüvvələr cəlb olunacağını açıqlayıb. Onun sözlərinə görə, bu, soyuq müharibə dövründə NATO-nun regionda ən irihəcmli hərbi kampaniyası olacaq.

Amerika Birləşmiş Ştatlarının vitse-prezidenti Co Bayden də Rusiyanı təcavüzkar siyasət yürütməkdə ittiham edib.

“Rusiyaya Avropanın yeni xəritəsini çəkməyə imkan vermək olmaz. Hazırda baş verən hadisələrin məhz bu istiqamətdə olduğunu görürük. Amerika və Avropa Rusiyaya qarşı çiyin-çiyinə mübarizə aparmalı, geri çəkilməməlidir”. …read more

From:: ANS