Azərbaycanlı aktrisa keçəl oldu (FOTO)

Azərbaycanlı gənc aktrisa yeni imici ilə hamını təəccübləndirib.

ANS PRESS-in məlumatına görə, “Miss Baku 2014”ün qalibi olan model, aktrisa Pərvin Abıyeva sosial şəbəkədə paylaşdığı yeni fotoşəkillə dostlarını heyrətə gətirib.

Aktrisa saçını tamamilə kəsdirərək keçəl vəziyyətə salıb. Onun belə bir addım atması sənət dostları tərəfindən cəsarətli bir hərəkət kimi qiymətləndirilib.

“Film üçün dəyər. Deyirlər mənə keçəl olmaq çox yaraşır, başımın forması qəşəng imiş” – deyə P.Abıyeva paylaşdığı fotoşəklə şərh də edib.

Bir-birindən cazibədar fotosessiyaları ilə yadda qalan aktrisanın çəkiləcəyi yeni filmdə hansı rolda oynayacağı maraq doğuran məqamlardan biridir.

Qeyd edək ki, tamaşaçılar onu “Oğurlanmış arzular” serialı, “Qarabağnamə”, “Dəyərli adlar” və digər filmlərdə yaratdığı obrazlardan yaxşı tanıyırlar. Hazırda P.Abıyeva bir neçə serial üzərində də çalışır.

…read more

From:: ANS