Zirəddin Rzayev yenə insanları təəccübləndirdi

Rusiyada yaşayan tanınmış azərbaycanlı ekstrasens Zirəddin Rzayev yenə də insanları təəccübləndirməkdə davam edir. Məşhur ekstrasensin 2015-2016-cı illər üçün verdiyi proqnozlardan biri də doğru çıxıb.

Zirəddin Rzayev Səudiyyə Ərəbistanı kralının ölümünü 2014-cü ilin dekabr ayında 2015-2016-cı illərlə bağlı ANS PRESS-ə verdiyi proqnozunda bu hadisəni belə vurğulamışdı: “2015-ci ildə ölkə rəhbərlərindən biri dünyasını dəyişəcək!”

Zirəddin Rzayevdən tükürpədici proqnoz: “Böyük bədbəxtlik görürəm”

Zirəddin Rzayev proqnozunda hansı dövlət olduğunu deməmişdi. Lakin məlum olduğu kimi bu il Səudiyyə Ərəbistanın kralı dünyasını dəyişib. Beləliklə də Zirəddin Rzayev bu proqnozu da özünü bele dogrultdu.

Qeyd edək ki, həmin proqnozlardan biri də elə həmin ilin sonunda özünü doğrultmuşdu. O, Malayziya təyyarəsinin qəzaya uğramasını əvvəlcədən bildirmişdi. İctimai-siyasi və o cümlədən, təbiət hadisələrini öncədən gördüyünü iddia edən Zirəddin Rzayev bu hadisəni dəqiqliyilə təsvir etmişdi: “Böyük və sonsuz suyun ortasında nəhəng bir obyektin fəlakəti yaşanacaq… Hansı ölkə olduğunu dəqiq deyə bilmirəm, amma neftlə bağlı güclü və böyük yanğın baş verəcək. Göy üzünü qara tüstü bürüyüb və orada helikopterlər uçur. Bu öncəgörmələr mənə ən çox şərqi xatırladır”.

Təbii ki, ictimaiyyətdə Zirəddin Rzayevə münasibət birmənalı deyil. Lakin hələlik ekstrasensin verdiyi proqnozlar bir-bir özünü doğruldur. Ümid edirik ki, onun digər öncəgörmələri ekstrasi yarıyolda qoymayacaq. …read more

From:: ANS