4 yaşlı uşaq evdə boğulub öldü

Rusiyada valideyn laqeydliyi övladın ölümü ilə nəticələnib.

ANS PRESS-in məlumatına görə, Samara vilayətinin Krasnoqlinski rayonu Mexzavod qəsəbəsindəki mənzillərdən birində yanğın hadisəsi baş verib. Evdə valideyni tərəfindən tək qoyulan 4 yaşlı uşaq isə yanğın zamanı tüstüdən boğularaq dünyasını dəyişib. Bu barədə Rusiya DİN-in vilayət idarəsinin mətbuat xidməti xəbər yayır.

Hadisə ötən gecə saat 10 radələrində baş verib. Mənzildə tüstünün olduğunu görən qonşular dərhal yanğınsöndürənləri çağırıblar.

Verilən ünvana gələn yanğınsöndürən qrupu 4 yaşlı uşağı vanna otağında şüursuz şəkildə tapıblar. Lakin təcili yardım maşını gələnə qədər oğlan həyatını itirib.

Polislər ölən uşağın valideynlərinin izahatını alırlar. Yanğının baş vermə səbəbi araşdırılır. …read more

From:: ANS