15 milyon dollarlıq norkotik ələ keçirildi (FOTO)

Çilidə 770 kiloqram narkotik maddə müsadirə edilib.

ANS PRESS-in məlumatına görə, Çili hüquq-mühafizə orqanlarının “Konkistador” kod adlı həyata keçirdiyi əməliyyatda 15 milyon dollar dəyərində olan 770 kiloqram narkotik maddə ələ keçiriblər.

Çili polisi əməliyyat zamanı 4 vətəndaşı və qruplaşma başçısını saxlayıblar. Şəbəkənin son üç ayda izləndiyi qeyd edilir.

Cinayətkarlar yük maşını ilə 554 paket kokain, 172 paket marixuana daşıyarkən yaxalanıblar. Onlar Boliviyadan narkotik maddə idxalı ilə məşğul olublar.

Faktla bağlı cinayət işi açılıb.

…read more

From:: ANS