O ölkədə dövlət çevrilişi oldu

Yəməndə Husi hərəkatı ölkə parlamentini buraxdığını və iqtidarı ələ keçirdiyini açıqladı. ANS PRESS-in məlumatına görə, prezident administrasiyasından dövlət telekanalı ilə açıqlama verən hərəkat sözçüləri buraxılan parlamentin əvəzinə 551 üzvlük milli məclis qurulacağını açıqlayıb. Bundan başqa həmin məclisin, maksimum 2 il ölkəni idarə edəcək 5 nəfərlik şuranı seçəcəyi bəyan olunub.

Qeyd edək ki, Yəmənin paytaxtı Sana şəhəri ötən ilin sentyabrından faktiki olaraq husi üsyançılarının nəzarətindədir. Keçən ay isə Yəmən prezidenti Abdurabbu Mənsur Hadi üsyançıların təzyiqi ilkə tutduğu vəzifədən istefa vermişdi.

İran tərəfindən dəstəkləndiyi iddia olunan hüsi üsyançıları ölkədəki böhran vəziyyətini aradan qaldırmaq üçün siyasətçilərə çərşənbə gününə qədər vaxt vermişdilər. …read more

From:: ANS