İŞİD yenə diri-diri yandırdı

İŞİD terror qruplaşması növbəti qeyri-humanist dəhşətli edam həyata keçiriblər.

ANS PRESS-in məlumatına görə, törətdikləri vəhşiliklərlə islam adına ləkə gətirən İŞİD terror qruplaşması son olaraq iordaniyalı pilot Muaz əl-Kəsasibəni diri-diri yandırdığını əks etdirən görüntüləri yayımlayaraq dünya mətbuatını silkələmişdi. Ötən gün isə onlar İraqın Ənbar vilayətində üç müsəlmanı orduya casusluq etməkdə günahlandıraraq diri-diri yandırıblar. Bu barədə Bəhreynin “Alwasat” qəzeti xəbər yayır.

Üç iraqlı cammat içərisində edam hökmü çıxarıldıqdan sonra yandırılıb.

Xatırladaq ki, bir-birindən dəhşətli cinayətlər həyata keçirən İŞİD yaraqlıları fevralın 3-də iordaniyalı girov Muaz Kəsasibənin diri-diri yandırılmasını əks etdirən videonu internetdə yayımlamışdılar. O, İŞİD-ə beynəlxalq koalisiyanın təşkil etdiyi hava hücumları zamanı İordaniya Hava qüvvələrinə aid F-16 döyüş təyyarəsini idarə edərkən Suriyanın Rakka şəhərində qəzaya düşmüş və İŞİD tərəfindən girov götürülmüşdü. …read more

From:: ANS