Kılıçdaroğlu pis vəziyyətə düşdü (FOTO, VİDEO)

Türkiyədə CHP lideri çətin vəziyyətdə qalıb.

ANS PRESS-in məlumatına görə, Türkiyənin əsas müxalifət partiyalarından biri olan Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu təyyarə ilə Şanlıurda hava limanına, oradan isə təyin edilmiş xüsusi avtomobillə qalacağı otelə yollanıb.

CHP sədrini qarşılamaq üçün partiya nümayəndələri otelin önündə onu gözləyiblər. Avtomobil gəlib saxlayıb, lakin K.Kılıçdaroğlu düşməyib. Əvvəlcə niyə gec düşdüyü bilinməsə də sonradan mikroavtobusun qapısının açılmadığı hamıya məlum olub.

Mikroavtobusun aid olduğu filrma nümayəndəsinin müdaxiləsi ilə problem aradan qaldırılıb və CHP sədri avtomobildən düşüb.

O, burada bəzi millət vəkilləri, partiya nümayəndələri və onu görməyə gələn uşaqlarla görüşüb.

…read more

From:: ANS