İrəvanda müəmmalı qətl

İrəvanda qətl hadisəsi baş verib.

ANS PRESS-in məlumatına görə, hadisə paytaxtın Zeytun rayonunda qeydə alınıb. Belə ki, rayonun küçələrindən birində kişi meyiti tapılıb. İlkin informasiyaya görə, kişi bıçaq vasitəsi ilə öldürülüb.

David Anaxta küçəsindəki “Paloma” mehmanxanasının yanından keçənlər yerdə uzanmış vəziyyətdə olan şəxsin olduğunu bildiriblər. Tezliklə aydın olub ki, sözügedən şəxs ölüb.

Kişinin bədənində bıçaq yaralaları aşkar edilib.

Hüquq-mühafizə orqanları faktla bağlı araşdırmalara başlayıb. …read more

From:: ANS