Məşhur kikboksçu futbol klubunda baş məşqçi oldu

Vaxtilə rəqiblərinin qol-qanadını “sındıran” sabiq kikboksçu Rene Van Ek bundan sonra gücünü futbolçular üzərində sınayacaq.

ANS PRESS-in məlumatına görə, Hollandiyanın II divizionunda mübarizə aparan “Den Boş”u Ek çalışdıracaq.

Rəhbərlik böyük hesablı məğlubiyyətdən sonra belə addım atıb. Van Ek futbolçu karyerası ərzində kikboksinqlə də məşğul olub. Məşqçi olandan sonra da o, yetirmələrini kikboksinqin üsulları ilə hazırlaşdırmasıyla tanınıb. O, “Den Boş”lu futbolçularla işə başlayacağı günü səbrsizliklə gözlədiyini deyib.

Futbolçu karyerasını 2001-ci ildə başa vuran Rene 4 il “Den Boş”un şərəfini qoruyub. …read more

From:: ANS