Barak Obama kəskin tənqid edildi

ABŞ prezidenti Barak Obama sabah Milli Təhülkəsizlik Strategiyasının açıqlayacaq.

ANS PRESS-in məlumatına görə, 33 səhifəlik Milli Təhülkəsizlik Strategiyası sənədində güclü siyasi dəyişikliyin olmayacağı gözlənilir.

Bəzi Respublikaçı qanunvericilər Obamanı İŞİD və Rusiyanın Ukraynadakı təcavüzü kimi qlobal təhlükələrə kifayət qədər reaksiya vermədiyinə görə tənqid ediblər.

Hesabatın qısa təqdimatında prezident Obama yürütdüyü siyasəti müdafiə edib.

“Belə bir mürəkkəb dünyada, bizim üzləşdiyimiz bir çox problem tez və asan yolla həll olunmur”, – deyə Obama bildirib.

Obama 21-ci əsrdə ABŞ-ın liderliyinin vacibliyindən söz açaraq bildirirb ki, ABŞ ekstremistlərə qarşı mübarizəni davam etdirəcək. Ancaq prezident təhdidlərlə üzləşən zaman verilən qərarlarda ehtiyatlı olmaq barədə xəbərdarlıq edib. …read more

From:: ANS