Ceyms Bond yaralandı, çəkilişlər dayandırıldı (FOTO)

Ceyms Bondun qəhrəman olduğu kinolar seriyasından növbəti film çəkilişi zamanı “Bond”u canlandıran Daniel Kreyq yaralanıb.

ANS PRESS-in məlumatına görə, məşhur aktyor döyüş səhnələrinin çəkilişində dizini əzib.

Bu səbəbdən filmin çəkilişlərində fasilə yaranıb.

The Sun qəzetinə danışan film iştirakçılarında biri bildirib: “Bondun müdirləri çaxnaşma içindədir. Çəkiliş təqvimi çox dardır. Ən kiçik bir gecikmə planları alt-üst edər”.

Filmin mətbuat spikeri isə noyabrda viziyona girməsi planlaşdırılan filmi maraqla gözləyən Bond sevərlərə “Daniel Kreyq yaxşılaşır. Şənbə günü planlandığı kimi çəkilişlərə gələcək”- deyə bildirib.

Qeyd edək ki, Bond haqda sayca 24-cü olan Spektr (“Spectre”) filminin çəkilişləri Londonda başlayacaq və Romada davam etdiriləcək. Rejisoru Sam Mendes olan filmin 2015-ci ilin sonlarında nümayiş olunacağı gözlənilir.

…read more

From:: ANS