Kralın qırıcıları amerikalı girovu öldürdü?

İordaniya qırıcılarının İŞİD-ə aviazərbələri nəticəsində terorçuların girov saxladığı ABŞ-ın bölgədə fəaaliyyət göstərən humanitar yardım birliyinin işçisi ölüb.

ANS PRESS-in məlumatına görə, bu barədə İŞİD teror qruplaşması xəbər yayıb. Rəsmi Ağ Ev isə bu iddianı hələlik təsdiq etməyib.

“Biz bu məlumatlardan çox narahatıq. Hazırda İŞİD-in iddiasını sübut edə biləcək heç bir dəlilimiz yoxdur”, – deyə Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsü Bernadet Mihan bu gün açıqladığı bəyanatında bildirib.

ABŞ Dövlət Departamentinin sözçüsü Marie Harf xaricdə amerikalıların girov saxlanılması barədə məlumatlı olduğunu, ancaq xüsusi bir hal barədə ətraflı məlumata malik olmadığını qeyd edib.

İordaniya İŞİD-i hədəf alan hava hücumlarının dekabr ayında Suriyada girov götürülən və vəhşicəsinə öldürülən pilotun qisasının başlanğıcı olduğunu bildirib. …read more

From:: ANS