Bu ərazi Rusiyaya qatılmaq istəyir

Separatçı Cənubi Osetiyanın “Vahid Osetiya” partiyasının lideri Anatoli Bibilov Rusiyanın tərkibinə qatılması ilə bağlı çıxış edib.

ANS PRESS-in məlumatına görə, Bibilov bildirib ki, Osetiya xalqı Rusiya Federasiyasının tərkbinə qatılmaq istəyir.

“Biz hamımız maksimum şəkildə inteqrasiyanı dəstəkələyirik. Ancaq bu barədə danışmağa qorxuruq. Bu gün xalqımız Rusiyaya inteqrasiyanı dəstəkləyir. Rusiyanın tərkibinə qatılmaq istəyirik”, – deyə Bibilov bəyan edib.

Partiya lideri onu da əlavə edib ki, “Cənubi Osetiya” rəhbərliyi Rusiyanın tərkibinə qatılmaq istəməyən insanlara da hörmətlə yanaşır.

Qeyd edək ki, bundan əvvəl NATO Rusiyadan tələb etmişdi ki, rəsmi Moskva Abxaziya və Cənubi Osetiyanın müstəqillyini tanımaqdan imtina etsin. …read more

From:: ANS