Erməni mətbuatı sərsəmləyir (VİDEO)

Erməni silahlı birləşmələrinin atəşkəsi pozması nəticəsində şəhid olan milli ordumuzun 20 yaşlı əsgəri Fərid Ağayev doğulduğu Mingəçevir şəhərində Şəhidlər xiyabanında torpağa tapşırıldı. Onunla vidalaşmaq üçün yüzlərlə şəhər sakini xiyabana toplaşmışdı.

Maraqlısı budur ki, Ermənistan mediası da insidentə geniş yer ayırsa da, qarşı tərəf hadisəni ictimaiyyətə fərqli tərzdə təqdim edir. “News.am” və digər Ermənistan mətbu orqanlarının verdiyi məlumata görə, Azərbaycan ordusu mövqe kəndini atəşə tutaraq iki yerli sakini qətlə yetirib. Digər mənbələrin həmin insidentlə əlaqəli verdiyi məlumatda isə deyilir ki, bu günkü silahlı qarşıdurma nəticəsində Ermənistan ordusunun iki əsgəri həlak olub və onlar ölümündən sonra medalla təltif olunublar. Bu cür ziddiyyətli xəbərlərin yayılması son vaxtlar Ermənistan mətbuatında mütəmadi xarakter alıb.

Hərbi ekspert, SSRİ-nin əməkdar jurnalisti Mais Məmmədov bu faktların öz növbəsində Ermənistan cəmiyyətində və hakimiyyətində parçalanmanın dərinləşməsi və genişlənməsindən xəbər verdiyini hesab edir. Belə ki, Mais Məmmədovun sözlərinə görə, Ermənistanın bir sıra mətbu orqanları müxalif mövqelərdən çıxış edərək ölkənin təbliğatından kənar məlumatlar verməklə, Ermənistan ordusunun məğlubiyyətini aşkar şəkildə ictimaiyyətə göstərirlər. Lakin, hakimiyyətə yaxın mətbuat isə yerli sakinlərin öldürülməsi kimi yalan və təbliğatçı şayiələr yaymaqdadır.

…read more

From:: ANS